Petr Çex: "Azərbaycanla oyunda çətinlik çəkdik" - AÇIQLAMA

16:05 31 May 2017

"Arsenal"ın qapıçısı Petr Çex Çexiya millisinin DÇ-2018-in seçmə mərhələsindəki çıxışını şərh edib.

 

Sportarena.az xəbər verir ki, yığma karyerasını ötən il bitiən Çex Azərbaycanla oyunda komandanın çətinlik çəkdiyini söyləyib:

 

"Seçmə mərhələyə yaxşı start verilmədi. Komanda Şimali İrlandiya və Azərbaycanla oyunlarda çətinlik çəkdi. Oyun olaraq yaxşı çıxış etdik, amma şans bizdən üz döndərirdi. Biz yığmada oynayan oyunçulara dəstək olmalıyıq və inanıram ki, Norveçlə oyunda gülən tərəf biz olacağıq".


Xəbər xətti