"Real" "İnter"in təklifini rədd etdi

18:33 31 May 2017

"İnter" bir neçə klubun maraqlandığı Xames Rodriqezi transfer etmək üçün "Real"a təklif göndərib.

 

Sportarena.az xəbər verir ki, "kral klubu" italyanların təklif etdiyi 42 milyon avroya Xamesi satmaqdan imtina edib. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

 

Madrid təmsilçisi kolumbiyalı yarımmüdafiəçinin satışından ən azı 75 milyon avro qazanmağı planlaşdırır. Bundan başqa, futbolçunun özü növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Mançester Yunayted"lə ilkin razılıq əldə edib.


Digər xəbərlər

Xəbər xətti