Gürcüstanda "Qarabağ" - "Qəbələ" dueli

20:30 31 May 2017

“Qarabağ”ın U-11 komandası Gürcüstanın Tiflis şəhərində Nodar Axalkatsinin xatirəsinə keçirilən beynəlxalq turnirdə növbəti matçına çıxıb.
 
Qol.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə,  Ağdam təmsilçisi 1/4 finalda Gürcüstanın “TS Akademiyası” klubuna 0:1 hesabı ilə uduzub. 

"Qarabağ" 5-8-ci yerlər uğrunda ilk görüşünü də keçirib. Təmsilçimiz bu qarşılaşmada “Rustavi”ni 1:0 hesabı ilə məğlub edib. Ağdam klubu sabah 5-6-cı yer uğrunda görüşdə turnirdəki digər təmsilçimiz “Qəbələ” ilə qarşılaşacaq. Oyun saat 10:00-da başlayacaq.


Xəbər xətti