Cahangir Həsənzadə "Səbail"də

10:37 1 İyun 2017

"Səbail" Futbol Klubunun (FK) Müşahidə Şurasının (MŞ) heyətində dəyişiklik baş verib.

 

Sportarena.az xəbər verir ki, klubun fəaliyyətə başladığı ilk günlərdən MŞ-nin üzvü olan Təbriz Həsənov və Tural Əsədov rəhbərliyə müraciət edərək işlərinin çoxluğu səbəbindən Müşahidə Şurasının üzvlüyündən xaric olunmalarını xahiş ediblər.

 

"Səbail"in rəhbərliyi müraciətləri müsbət dəyərləndirərək klubun adından Təbriz Həsənova və Tural Əsədova səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.

 

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və Bakıda fəaliyyət göstərən "Mançester Yunayted Futbol Məktəbi"nin məşqçisi Cahangir Həsənzadə Müşahidə Şurasının üzvü təyin olunublar.


Digər xəbərlər

Xəbər xətti