Zenyov "Qəbələ"dən niyə ayrılıb? - AÇIQLAMA

11:18 1 İyun 2017

Son mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən ayrılan Sergey Zenyov açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Estoniya millisinin də üzvü olan 28 yaşlı hücumçu “Qəbələ”ylə yeni müqavilə bağlamamasından da danışıb:

 

"Hazırda Tallindəyəm. Millinin heyətində məşq edir, qarşıdakı oyunlarmıza hazırlaşıram. Mayın 5-də “Qəbələ”ylə müqaviləm başa çatdı. Görüşdük və klubun yeni şərtləri məni razı salmadı. Buna görə də, müqavilə imzalamaqdan imtina etdim".

 

Qeyd edək ki, Zenyov “Qəbələ”yə 2015-ci ildə “Torpedo”dan keçmişdi.

 


Digər xəbərlər

Xəbər xətti