"Neftçi" müdafiəçisi ilə yollarını ayırdı

23:58 1 İyun 2017

"Neftçi" futbolçusu Kamal Qurbanovla yolları ayırıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.


Qeyd edək ki, "Neftçi" buna qədər Cavid İmamverdiyev, Murad Ağayev, Jairo Rodriges və Maksim Vaylo ilə də yolları ayırıb.


Digər xəbərlər

Xəbər xətti