Şimali İrlandiya Bakıya nə vaxt gələcək?

10:40 2 İyun 2017

Şimali İrlandiya yığmasının Bakıya gələcəyi vaxt bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Maykl Onilin komandası sabah Türkiyəyə yollanacaq və 5 gün qardaş ölkədə hazırlıq keçəcək. Britaniyalılar iyunun 8-də paytaxtımıza gələcək.

 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Xəbər xətti