"İnter"də maaşlar ödəndi - Amma...

11:15 2 İyun 2017

“İnter” futbolçularına olan maaş borcunun bir qismini ödəyib. Klub rəhbərliyi mart və aprelin əmək haqlarını futbolçuların hesabına köçürüb.

 

Sportarena.az “futbolinfo”ya istinadən xəbər verir ki mayın maaşının iyunun 5-dək ödəniləcəyinə dair söz verilib. Lakin belə vədlər çox verilib. Ona görə də növbəti yubanma istisna edilmir.

 

Maraqlıdı ki, 2 gün öncə futbolçularla görüşündə “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov futbolçularla başqa cür danışıb. Öncə onlara cəmi bir ayın maaşının veriləcəyini bildirən yeni sədr “hələ buna da şükür etməlisiz” sözlərini əlavə edib. Lakin futbolçuların etirazından sonra avrokubok qabağı problem yaşamaq istəməyən rəhbərlik sponsorlarla danışaraq problem yoluna qoyub.

 

Qeyd edək ki, Beynəlxalq Bankın imtina etməsindən sonra AFFA klubu himayəsinə götürüb.


Digər xəbərlər

Xəbər xətti