Argentina millisi yeni baş məşqçisinə qovuşdu

11:36 2 İyun 2017

Xorxe Sampaoli rəsmən Argentina millisinin baş məşqçisi təyin olunub.

 

Sportarena.az xəbər verir ki, 57 yaşlı mütəxəsis 5 illik müqaviləyə imza atıb. Təcrübəli məşqçinin yeni işində qarşısına qoyulan tapşırıq asan deyil. O, 2018 DÇ seçmə mərhələsində qeyri-stabil çıxış edən Argentina millisini mundiala çıxarmalıdır.

 

Qeyd edək ki, Argentina Futbol Federasiyası Sampaolini milliyə baş məşqçi gətirmək üçün müqaviləsi olduğu "Sevilya"ya 2 milyon avro ödəməli olub


Digər xəbərlər

Xəbər xətti