Millimizin üzvü azarkeşlərdən üzr istədi - Premyer Liqanı tərk etdiklərinə görə - AÇIQLAMA

12:21 2 İyun 2017

Ukraynanın “Dnepr” klubu Premyer Liqadakı yerini qoruya bilməyib.

 

Sportarena.az xəbər verir ki, komanda növbəti mövsümdən etibarən Birinci divizionda çıxış edəcək. “Dnepr”in Ukrayna Premyer Liqasının son turunda “Volın”la ev qarşılaşmasında matç 51-ci dəqiqədə yarımçıq dayandırılıb. Buna səbəb yerli azarkeşlərin meydana atdıqları fişəngin partladılması olub. Fanatlar komandanın I Diviziona düşməyini heç cür həzm edə bilmirlər. U-21 millimizin üzvü olan Dmitri Nağıyev komandanın uğursuzluğundan danışıb:

 

“Azarkeşləri yaxşı başa düşürük. “Dnepr” elə-belə klub deyil, bu komanda onların həyatının bir hissəsidir. İstədik ki, son turda onlara qələbə bəxş edək. Çox çalışsaq da alınmadı və azarkeşlərlə emosional ayrılıq alındı. Onlara minnətdarlıq etmək, və üzr istəmək istərdim. Bundan sonra necə olacaq? Tətildə hər şeyə aydınlıq gələcək. Klub rəhbərliyi ilə, Andrey Rusol və Andrey Stetsenko ilə əlaqədə olacağam. Komanda istirahətdən qayıdandan sonra onun heyəti və bundan sonra necə olacağını bilinəcək”.


Digər xəbərlər

Xəbər xətti