"Zirə" "Fənərbaxça" və "Qalatasaray"a rəqib olacaq?

12:55 2 İyun 2017

Cari mövsümdə ilk dəfə Avropa Liqasına vəsiqə qazanan “Zirə” burda ilk mərhələni keçəcəyi halda, Türkiyə nəhəngləri - “Qalatasaray” və ya “Fənərbaxça” ilə qarşılaşa bilər.

 

Sportarena.az xəbər verir ki, Türkiyə Super Liqasının cari mövsümünü 4-cü yerdə başa vuracaq komanda Avroliqada mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Qardaş ölkə təmsilçiləri bu mərhələdə güclülər səbətində yer alacaq. “Zirə” isə ilk mərhələni keçəcəyi təqdirdə, zəiflər səbətində yer alacaq ki, bu da, “qartallar”a Türkiyə nəhəngləriylə qarşılaşmaq fürsəti verir.

 

Avropa Liqasında mübarizə aparacaq digər komandalarımız - “İnter” və “Qəbələ” isə 2-ci təsnifat mərhələsində güclülər səbətində yer aldığından, “Fənər” və “cim-bom”a rəqib ola bilməz. Bakı klubu və “qırmızı-qaralar” Türkiyə nəhəngləriylə vəsiqə qazanacaqları təqdirdə, yalnız 3-cü mərhələdə qarşılaşa bilərlər.

 

Türkiyə Super Liqasının 33 turundan sonra həm “Qalatasaray”ın, həm də “Fənərbaxça”nın hesabında 61 xal var. “Fənər” şəxsi oyunlarda əzəli rəqibini üstələyir. Son turda “sarı-lacivərdlilər” səfərdə “Adanaspor”la, “aslanlar” isə evdə “Konyaspor”la qarşılaşacaq.


Xəbər xətti