"Yuventus"da itki - Finalı buraxacaq

13:46 2 İyun 2017

"Yuventus" "Real"la iyunun 3-də baş tutacaq Çempionlar Liqasının final matçına  itki ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, "Ağ-qaralar"ın futbolçusu Stefano Sturaro zədələnib. o, məşq zamanı ombasından zədə alıb.  Onun final matçında oynayacağı gözlənilmir.

 

Qeyd edək ki, "Yuventus" - "Real" görüşü Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda keçiriləcək.


Xəbər xətti