Tanınmış idmançı tanınmaz hala düşdü - VİDEO

14:40 2 İyun 2017

Amerikalı ulduz qolfçu Tayqer Vuds Floridadakı evinin yaxınlığında avtomobilində huşsuz vəziyyətdə aşkarlanıb.

 

Sportarena.az xəbər verir ki, idmançı harada olduğunu bilməyib və ayaq üstə durmaqda çətinlik çəkib. Vuds polislərə həkim resepti ilə istifadə etdiyi bir neçə dərmanın onda əks təsir yaratdığını söyləyib. Alkotester nəticəsində Tayqer Vudsun sərxoş olmadığı müəyyən edilib.

 

Polis  avtomobilinin kamerasına düşən görüntülərdə idmançının düz xətdə yeriyə bilmədiyi görünür. Əlləri qandallanan idmançı araşdırma aparılması üçün polis idarəsinə aparılıb.

 

Qeyd edək ki, bütün zamanların ən güclü qolfçusu hesab edilən 41 yaşlı idmançı, uzun müddət ən çox qazanan idmançıların siyahısına liderlik etmişdi.

 

 


Digər xəbərlər

Xəbər xətti