"Azərbaycana qalib gəlsək..." - Rəqibimizin baş məşqçisi - AÇIQLAMA

15:33 2 İyun 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da millimizin qonağı olacaq Şimali İrlandiya bu gün Yeni Zelandiya ilə yoldaşlıq görüşü keçirəcək.


Sportal.az xəbər verir ki, Britaniya təmsilçisinin baş məşqçisi Maykl Onil yığmamızla oyunöncəsi açıqlama verib. Onil yığmamızla oyuna ciddi hazırlaşdıqlarını bildirib:

 

“Yeni Zelandiya ilə matçda əsas heyət üzvlərinin çoxuna şans veriləcək. Azərbaycanla oyunöncəsi bizim üçün vacib görüşdür. Azərbaycanla oyuna ciddi hazırlaşırıq. Qalib gəlsək, qrupun son 5 oyununa yüksək əhval-ruhiyyədə çıxacağıq. Amma heyətdə ciddi itkilər var. Əvvəlki oyunlarda bu qədər zədəlimiz olsaydı, uğur qazana bilməzdik. AÇ-2016-dan sonra Şimali İrlandiya millisi inkişafdadır, güclü futbolçularımızın sayı artıb. Fransadakı uğurdan sonra hədəfimiz DÇ-2018-ə vəsiqə qazanmaqdır. Bunu üçün qrupdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq”.

 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti