"Neftçi" onun təyinatını açıqladı

16:47 2 İyun 2017

Azərbaycanın tanınmış idman jurnalisti və teleşərhçisi Rüstəm Əfsərlinin "Neftçi"dəki təyinatı rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. R.Əfsərli “Neftçi”nin Media və Marketinq Departamentinin rəisi vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, Əfsərli bundan əvvəl "Simurq" və AZAL klublarında çalışıb. 2015-ci ildən isə  "CBC Sport"da şərhçilər qrupuna rəhbərlik edirdi.

 

Xatırladaq ki, “Neftçi”nin bundan əvvəlki mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov olub.


Digər xəbərlər

Xəbər xətti