Kamal Quliyev yenidən "Neftçi"də

10:11 3 İyun 2017

Kamal Quliyev “Neftçi”nin yeni idman direktoru vəzifəsinə təyin olunub. 


Sportarena.az xəbər verir ki, 40 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb. 1997-2002-ci illər aralığında “Neftçi”nin şərəfini qorumuş Quliyev bu komandada 109 oyun keçirib və 19 qola imza atıb. O, “ağ-qaralar”da məşqçi kimi də fəaliyyət göstərib. Bu, 2011-2014-cü illərə təsadüf edib.
 

Qeyd edək ki, Quliyevin son iş yeri tarixin yaddaşına qovuşmuş "Neftçala" olub. Mütəxəssis ardıcıl 2 dəfə bu komandaya baş məşqçi kimi 1-ci dvizionun çempionluğunu yaşadıb. (Sport24.az)


Digər xəbərlər

Xəbər xətti