Şimali İrlandiya millisində itki

12:22 3 İyun 2017

DÇ-2018-in seçmə mərhələsinin VI turu çərçivəsində millimizin qonağı olacaq Şimali İrlandiya millisi ciddi itki ilə üzləşib. 

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Maykl O`Nil yığmamızla oyun üçün Kreyq Katkartın xidmətindən məhrum olub. Mütəxəssis “Uotford”un futbolçusunun zədə səbəbindən Bakıda meydana çıxa bilməyəcəyini açıqlayıb.

 

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-da Tofiq Bəhramov adına Respublika satdionunda keçiriləcək.


Xəbər xətti