"Şanslar bərabərdir" - Zidan - AÇIQLAMA

13:30 3 İyun 2017

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalı çərçivəsində qarşılaşacaqları "Yuventus"la oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, o, komandasının görüşün favoriti olmadığını bildirib:

 

"Finala hazırıq. Bura gəlmək üçün çox çalışdıq. La Liqanı qazandıq. Hazırda ən yaxşı formadayıq. Hər finalda favorit sayılırıq. Amma əslində belə deyil. Heç bir komandanı favorit görmürəm. Şanslar bərabərdir. "Yuventus" yaxşı müdafiə olunur. Ancaq onların tək üstünlüyü bu deyil. Hücumda da yaxşı təsir bağışlayırlar və komanda oyunu nümayiş edirirlər".


Digər xəbərlər

Xəbər xətti