"Yuventus" rəhbərliyi futbolçulara mükafat söz verdi

16:18 3 İyun 2017

"Yuventus" futbolçuları Çempionlar Liqasının qalibi olacağı təqdirdə klub rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

 

Sportarena.az xəbər verir ki, bunun üçün rəhbərlik 9 milyon avro mükafat ayırıb. Komanda finalda "Real"a qalib gələrsə, 26 futbolçunun hər biri 350 min avro alacaq. Bundan başqa, klub rəhbərliyi futbolçulara bahalı avtomobillər də hədiyyə edəcək. Klub prezidenti Andrea Aqnelli futbolçularla görüşdə onların hər birinə ən son model "Ferrari" bağışlayacağını söz verib. 

 

Qeyd edək ki, Aqnelli "Fiat" və "Ferrari" şirkətlərinin sahibidir. 


Digər xəbərlər

Xəbər xətti