Mançini keçmiş futbolçusunu "Zenit"ə gətirmək istəyir

16:45 3 İyun 2017

Roberto Mançini “Zenit”ə baş məşqçi təyin olunandan dərhal sonra komandanı gücləndirməklə bağlı planlarının reallaşdırılmasına başlayıb.

 

Sportarena.az xəbər verir ki, Mançini əsasən İtaliya A seriyasında çıxış edən futbolçulara göz dikib. O, klub rəhbərliyinə başa çatan mövsümdə A seriyasının bombardiri, “Roma”nın hücumçusu Edin Dzekonu transfer etməyi məsləhət görüb.

 

Dzeko “Mançester Siti”də Mançininin rəhbərliyi altında oynayıb. Dzekonun transferi baş tutmayacağı təqdirdə, Mançini Andrea Belotti variantına üstünlük verəcək. O, “Sautqempton”dan Manolo Qabyaddinini də diqqətdə saxlayır.

 

Belottinin transfer qiyməti 100 milyon avrodu. Dzeko 29 qolla A seriyasının bombardiri olub. Belotti 26 qolla 3-cü yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti