Millimiz Dünya çempionatına vəsiqə qazandı

Sportarena.az      3 İyun 2018, 21:04

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən seçmə mərhələsinin E qrupunda son oyunlar keçirilir.

 

Sportarena.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri bu gün baş tutan son turda Hollandiya ilə qarşılaşıb. Voleybolçularımız "narıncılar"la oyunda da qələbə seriyasını davam etdirib. Əvvəlki 4 oyunda olduğu kimi yenə 3:0 hesabıyla qalib gələn voleybolçularımız birbaşa final mərhələsinə yüksəlib.

 

Beləliklə, Faiq Qarayevin komandası tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Rio Olimpiadasının yarımfinalçısı Hollandiya isə pley-offda mübarizəni davam etdirəcək. Həlledici oyunlar 2018-ci ildə Yaponiyada keçiriləcək.

 

Dünya çempionatının seçmə mərhələsi, 5-ci tur

3 iyun
Azərbaycan - Hollandiya 3:0 (30:28, 25:22, 25:13)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin