Ardanın transfer qiyməti açıqlandı

10:49 4 İyun 2017

"Barselona"nın futbolçusu Arda Turanın satış qiyməti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubu 30 yaşlı yarımmüdafiəçiyə 41 milyon avro qiymət qoyub. Bu barədə İspaniyanın bir sıra nüfuzlu nəşrləri məlumat yayıb.

 

Bildirilir ki, Ardanı "Arsenal" transfer etmək istəyir.  Türk oyunçunun Londonda artıq özünə villa aldığı da iddia edilib.

 

Qeyd  edək ki, Turan ötən mövsüm 26 matçda 11 qol vurub, 4 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti