"Neftçi"nin qapıçısı "Kəpəz"də

11:38 4 İyun 2017

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Nizami yurdunun təmsilçisi Ruzi Qiyaslı ilə bir il müddətinə anlaşıb.

 

Son mövsümü icarə əsasında birinci divizion klubu “Şəmkir”də keçirən 23 yaşlı qolkiper müqavilə ilə “Neftçi”yə məxsus olub.


Digər xəbərlər

Xəbər xətti