Ronaldo 600-ə çatdı

11:58 4 İyun 2017

Çempionlar Liqasının finalında “Yuventus”a qarşı oyununda (4:1) dubl edən Kriştiano Ronaldo üçün bu qarşılaşma rekorda səbəb olub.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı ulduz peşəkar karyerasında 599 və 600-cü qolunu vurub.

 

32 yaşlı futbolçu bu qollardan 529-unu çıxış etdiyi klublarda (“Real”, “Mançester Yunayted”, “Spotinq” – ümumən 529), 71-ni isə Portuqaliya millisində rəqib qapısından keçirib.

 


Xəbər xətti