"Real" futbolçularına nə qədər mükafat verəcək?

14:59 4 İyun 2017

Dünən Çempionlar Liqasının finalında "Yuventus"a qalib gəlməklə (4:1) 12-ci dəfə Çempionlar Liqasının qalibi olan "Real"ım futbolçularına ödəyəcəyi mükafatın məbləği müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilir ki, Madrid klubunun prezidenti Florentino Peres oyunçulara bu qələbəyə görə 1,5 milyon avro mükafat verəcək. Sözügedən məbləğ yaxın günlərdə futbolçuların hesabına köçürüləcək.

 

Qeyd edək ki, "Real" ötən il də ÇL-in qalibi olmuşdu. Həmin qələbəyə görə isə futbolçulara 700 min avro mükafat verilmişdi.


Xəbər xətti