"Qəbələ" yeni mövsümün hazırlıqlarına başladı - Legionerlərsiz

15:21 4 İyun 2017

“Qəbələ” yeni mövsümün məşqlərinə statr verib.

 

Sportarena.az sport24.az-a istinadən xəbər verir ki, “qırmızı-qaralar” dünəndən etibarən fitnes zalında hazırlıqlara başlayıblar. Sənan Qurbanov və Ramin Quliyevin rəhbərliyi altında gündə bir dəfə baş tutan məşqlərdə yalnız azərbaycanlı futbolçular iştirak edirlər. Klubun yeni transferi İlqar Qurbanov da “qırmızı-qara”lı komanda yoldaşları ilə hazırlıqlara start verib.

 

Qeyd edək ki, “Qəbələ” iyunun 7-də Avstriyaya yollanacaq və ayın 22-dək bu ölkədə təlim-məşq toplanışı keçəcək.


Xəbər xətti