"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi

10:10 5 İyun 2017

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Polşa çempionatında “Legiya”nın qalib olması ilə birlikdə, Slovakiyada çempion olmuş “Jilina”nın səpələnməmişlər səbətində yer alacağı dəqiqləşib. “Legiya” iyunun 19-da keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasında çempionumuz kimi səpələnmişlər sırasında yer alacaq. Belə olan halda, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” "köhlən atlar"ın potensial rəqibi olub.

 

Təmsilçimizin mübarizəyə başlayacağı 2-ci təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və 1-ci təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək. 


Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı 1-ci mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz. “Zəiflər”in digər 9-u, həmçinin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə “Qarabağ”la qarşılaşa bilər. Birbaşa ikinci mərhələdən başlayıb səpələnməmiş olan 12 rəqibdən 11-i məlumdusa, biri hələ dəqiqləşməyib.
 

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi
Səpələnmişlər

TNS (Uels) - 5,775
“Linfild” (Şimali İrlandiya) - 3,650
“Vikinqur” (Farer adaları) - 2,950
“Hibernians” (Malta) - 2,800
“Santa-Koloma” (Andorra) - 2,733
 

Səpələnməmişlər

“Alaşkert” (Ermənistan) - 2,525
“La Fiorita” (San-Marino) - 1,566
“Europa” (Cəbəllütariq) - 1,500
“İnfonet” (Estoniya) - 1,300
“Trepça” (Kosova) - 1,000
 

2-ci təsnifat mərhələsi
Səpələnmişlər

“Seltik” (Şotlandiya) - 42,785
“Zalsburq” (Avstriya) - 40,570
“Kopenhagen” (Danimarka) - 37,800
“Lüdoqorets” (Bolqarıstan) - 34,175
BATE (Belarus) - 29,475
“Legiya” (Polşa) - 28,450
APOEL (Kipr) - 26,210
“Maribor” (Sloveniya) - 21,125
“Qarabağ” (Azərbaycan) - 18,050
“Malmö” (İsveç) - 16,945
“Astana” (Qazaxıstan) - 16,800
“Partizan” (Serbiya) - 16,075
“Riyeka” (Xorvatiya) - 15,550
“Rusenborq” (Norveç) - 12,665
“Şerif” (Moldova) - 11,150
“Hapoel” (Beyer Şeva, İsrail) - 10,875
“Hafnarfyordur” (İslandiya) - 6,175


Səpələnməmişlər

“Jilina” (Slovakiya) - 5,850
“Jalgiris” (Litva) - 5,825
“Dandalk” (İrlandiya) - 5,815
“Vardar” (Makedoniya) - 5,125
“Dudelanj” (Lüksemburq) - 4,975
“Kukesi” (Albaniya) - 4,550
“Zrinski” (Bosniya və Herseqovina) - 4,050
“Buduçnost” (Monteneqro) - 3,300
“Honved” (Macarıstan) - 2,900
“Mariehamn” (Finlandiya) - 2,030
“Spartak” (Latviya) - 1,975
“Samtredia” (Gürcüstan) - 1,525
1-ci təsnifat mərhələsinin 5 qalibi


Xəbər xətti