"Qarabağ"dan Lafferti AÇIQLAMASI

11:39 5 İyun 2017

Şənbə günü millimizlə qarşılaşacam Şimali İrlandiyanın hücumçusu Kayl Laffertinin Azərbaycan Premyer Liqasında çıxış etmək ehtimalının artdığı haqqında məlumat vermişdik.
 
 
Sportarena.az xəbər verir ki, bu haqda məlumatı Britaniya mətbuatı yayıb. Deyilənə görə "Qarabağ" bu futbolçu ilə ciddi şəkildə maraqlanır və oyunu izləyəndən sonra yekun danışıqlara başlayacaqlar. Bu üzdən klubun meneceri Asif Əsgərovla danışdıq. Əsgərov Sport7.az-a açıqlamasında bunları söylədi:
 
 
"Mənim xəbərim yoxdu. Klubun texniki heyətinə belə bir təklif gəlməyib. Saytlar nə yazırsa, hamısına görə açıqlama verməli deyilik ki. Şimali İrlandiya ilə oyunu izləyəcəyik. Bu o demək deyil ki, sırf kiməsə görə baxacağıq. Amma maraqlanmaq məsələsi doğru deyil".


Xəbər xətti