La Liqada yeni debütant - Kataloniya təmsilçisi

11:57 5 İyun 2017

Növbəti mövsümdə La Liqada mübarizə aparacaq daha bir komanda bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Sequndanın 41-ci turunda səfərdə “Saraqosa” ilə qolsuz bərabərə qalan “Jirona”, 86 illik tarixi ərzində ilk dəfə La Liqaya vəsiqə qazanıb. Kataloniya təmsilçisi mövsümün bitiminə bir tur qalmış 2-ci yeri özü üçün təmin edib.

 

Qeyd edək ki, “Jirona”dan öncə “Levante” də La Liqaya vəsiqəni təmin etmişdi.


Xəbər xətti