"Bursaspor"un prezidenti Prosineçki ilə görüşəcək?

13:49 5 İyun 2017

“Bursaspor” klubunun rəhbərliyi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən əl çəkmək niyyətində deyil.

 

Sportarena.az xəbər verir ki, “yaşıl timsahlar”ın rəhbərliyi komandanı xorvatiyalı mütəxəssisə tapşırmaq istəyir. Türkiyə mətbuatının yaydığı xəbərə görə, klubun prezidenti Ali Ay Robert Prosineçki ilə görüşmək niyyətindədir. Klub prezidenti DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya qarşılaşmasından sonra xorvatiyalı ilə görüşüb, danışacaq. Məhz bu görüşdən sonra Prosineçkinin “Bursaspor”a gedib-getməyəcəyi müəyyənləşəcək.

 

Qeyd edək ki, Prosineçkinin xidmətində Türkiyənin “Konyaspor” klubunun da maraqlı olduğu iddia edilir.


Xəbər xətti