PSJ Alleqrini hədəfə aldı

14:31 5 İyun 2017

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri PSJ-nin maraq dairəsinə düşüb.

 

Sportarena.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Paris klubu ona illik 10 milyon avro məvacib verməyə hazırdır. Alleqrinin hazırki məvacibi 5.5 milyon avro təşkil edir.

 

49 yaşlı mütəxəsis 7 iyunda "Yuventus"un baş direktoru Beppe Marotta ilə görüşəcək. İtaliyalı çalışdırıcı maaşının 8 milyon avroya qaldırılmasını istəyir. O, rəhbərlikdən Çempionlar Liqasını qazanmaq üçün 2 sanballı transfer də tələb edir.

 

Qeyd edək ki, PSJ-nin baş məşqçisi Unay Emeri isə "Roma"nın diqqət mərkəzindədir. 


Digər xəbərlər

Xəbər xətti