"Qarabağ"da növbəti ayrılıq

16:03 5 İyun 2017

"Qarabağ" futbolçusu Vüqar Mustafayevlə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun saytı yayıb. Vüqar Mustafayev 2015-ci ilin yayında "köhlən atlar"a transfer olmuşdu. 22 yaşlı yarımmüdafiəçi son mövsümdə icarə əsasında "Zirə"də çıxış edib.  

 

"Qarabağ"la yollarını ayırmasından sonra "qartallar" onun transfer hüququna yiyələnib.


Digər xəbərlər

Xəbər xətti