"Səbail" "Neftçi"nin yetirmələrini transfer etdi

16:40 5 İyun 2017

Azərbaycan Premyer Liqasının debütantı “Səbail” iki futbolçu transfer edib.

 

Sportarena.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Neftçi”dən ayrılan Kamal Qurbanov və son komandası “Zaqatala” olan Emin Mehtiyev gələn mövsümü “Səbail”də keçirəcəklər. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 

"Neftçi"nin yetirməsi olan 23 yaşlı müdafiəçi Kamal Qurbanov bu klubun əsas komandasında həm Premyer Liqada, həm də avrokuboklarda çıxış edib. Emin Mehtiyev də "Neftçi"nin yetirməsi sayılır. U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində "ağ-qaralar"ın əsas komandasında avrokubok həyacanı yaşayıb.


Xəbər xətti