Levandovski Bundesliqanın ən yaxşısı seçildi

13:40 6 İyun 2017

Almaniya Bundesliqasında 2016/2017 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Kicker" nəşri turnirdə iştirak edən 248 oyunçu arasında sorğu keçirib. Nəticələrə əsasən, "Bavariya"nın hücumçusu Robert Levandovski birinci olub. O, 25 faiz səs toplayıb.


"Leyptsiq"in yarımmüdafiəçisi Nabi Keyta ikinci (15.7 faiz səs), "Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq üçüncü (10.5 faiz) pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Levandovski son mövsüm Bundesliqada 33 matçda 30 qol vurub, 5 qolun ötürməsini verib.


Xəbər xətti