"Borussiya"nın yeni baş məşqçisinin adı açıqlandı

15:25 6 İyun 2017

Mövsümün sonunda Tomas Tuxellə yollarını ayıran “Borussiya”nın (Dortmund) yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, “sarı-qaralar”ın yeni baş məşqçisi “Ayaks”ın çalışdırıcısı Peter Bos olacaq. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

 

Bildirilir ki, 53 yaşlı mütəxəssislə bu həftə iki illik müqavilə bağlanacağı qeyd edilib. Bosun “Ayaks”la 2019-cu ilə kimi müqaviləsi olduğundan, almanlar onun üçün Amsterdam klubuna 5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, “Ayaks” hollandiyalı çalışdırıcının rəhbərliyi altında son mövsümdə Erediviziyanı və Avropa Liqasını 2-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti