"Qarabağ" başsağlığı verdi - Tioteyə görə

16:11 6 İyun 2017

Fil Dişi Sahilindən olan futbolçu Şeyk Tiote Çində məşq zamanı infarkt keçirərək vəfat etdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” klubundan futbolçunun vəfatı ilə bağlı başsağlığı verilib. Klub “facebook” səhifəsindən futbolçunun vəfatına üzüldüklərini bildirən mesaj paylaşıb.

 

Tiote 2009/2010-cü illər mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Tvente”nin heyətində “Qarabağ”a qarşı hər iki oyunda meydanda olmuşdu.


Xəbər xətti