Azərbaycan - Şimali İrlandiya oyununa nə qədər bilet satılıb?

17:23 6 İyun 2017

Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında iyunun 10-da keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün satışa çıxarılan biletlərin yarıdan çoxu satılıb.

 

Sportarena.az AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 15800 bilet alınıb. Biletlər  "28 Mall", Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, "Bakcell" Sahil müştəri xidmətləri, "Bakcell Arena"nın kassalarında satılıb. Onları www.tickets.affa.az saytından onlayn əldə etmək də mümkündür.

 

Qiymətlər VIP 25 manat, 1-ci kateqoriya 9 manat, 2-ci kateqoriya 4 manat, 3-cü kateqoriya 2 manatdır.


Digər xəbərlər

Xəbər xətti