"Qarabağ" ilk transferini təqdim etdi

11:28 7 İyun 2017

“Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. 

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün ilk transferini reallaşdırıb.

 

Ölkə çempionu "İnter"dən ayrılan gənc müdafiəçi Abbas Hüseynovla ikiillik müqavilə imzalayıb. Yeni transfer artıq bu gündən etibarən komandayla məşqlərə qoşulub.

 

Qeyd edək ki, Hüseynov "Qarabağ"la daha öncədən razılığa gəlmişdi.


Xəbər xətti