Obameyanq yeni klubu ilə razılığa gəldi

12:03 7 İyun 2017

"Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanq PSJ-yə keçməyə yaxındır.

 

Sportarena.az xəbər verir ki, bu barədə Almaniyanın "Blid" nəşri məlumat yayıb. Artıq imzalanacaq müqavilənin son detalları dəqiqləşdirilib. Qabonlu hücumçu ilə 4 illik müqavilə imzalanacaq. O, yeni klubunda ilinə 14 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Obameyanq ötən mövsüm Dortmund klubunda 46 matçda 40 qol vurub, 5 qolun ötürməsini verib. 


Digər xəbərlər

Xəbər xətti