"Azərbaycanı ciddi qəbul etməliyik" - Makkartan - AÇIQLAMA

15:11 7 İyun 2017

Şimali İrlandiya yığmasının hücumçusu Şey Makkartan açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, İngiltərə II Liqasında "Akkrinqton Stenli"də çıxış edən futbolçu millimizlə oyunöncəsi fikirlərini bildirib:

 

"Biz qrupda ikinciyik və bu pillədə də qalmaq istəyirik. Buna görə Azərbaycanla matç bizim üçün önəmlidir. Bu komandanı ciddi qəbul etməliyik. Bakıda isti hava şəraiti olacaq. Ona görə də hazırda Türkiyədə təlim-məşq toplanışı keçməyimiz yaxşı haldır. Çünki bu, bizə iqlimə tez uyğunlaşmaq imkanı verəcək. Özümü oyuna hazır hesab edirəm Meydana çıxıb komandama kömək etməyə hər zaman hazıram".

 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti