"Beşiktaş" futbolçusunu satdı

15:35 7 İyun 2017

"Beşiktaş" braziliyalı futbolçusu Luis Rodolfonu bundan sonra vətənində çıxış edəcək.
 
Sportarena.az xəbər verir ki, "ağ-qaralar" onu "Flamenqo"ya satıb. Stopperə görə Braziliya klubu İstanbul təmsilçisinə 1,4 milyon avro ödəyəcək. 
 
Qeyd edək ki, Rodolfo 2015/16 mövsümündə "Qremio"dan 3,3 milyon avroya transfer edilmişdi.


Xəbər xətti