Onlar "Neftçi"də işə başladılar

13:04 8 İyun 2017

Bir müddət əvvəl AZAL-ın meneceri Eldəniz Yusifovun və bir ildir işsiz olan Kamal Quliyevin "Neftçi"də çalışacağı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, artıq hər iki şəxsin təyinatı rəsmiləşib. Eldəniz Yusifov əsas komandanın baş meneceri, Kamal Quliyev isə "Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı vəzifəsində işə başlayıb.

 

Qeyd edək ki, ötən həftə Rüstəm Əfsərli "Neftçi" media və marketinq xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişdi.


Digər xəbərlər

Xəbər xətti