"Kəpəz" yeni mövsümə necə hazırlaşacaq?

15:13 8 İyun 2017

Yeni mövsüm üçün “Kəpəz”in hazırlıq planı məlum olub.

 

Sportarena.az xəbər verir ki, iyulun 3-4-ü tarixlərində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 5-dən məşqlər üçün bir araya gələcəklər.  Komanda iyulun 14-nə kimi paytaxtda hazırlaşacaq. Bu müddətdə Gəncə klubu bir yoxlama oyunu keçirməyi planlaşdırıb.

 

Təlim-məşq toplanışının növbəti mərhələsi üçün “sarı-göylər” Türkiyəyə yollanacaq. “Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Qardaş ölkədəki toplanış dövründə komanda üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq.

 

Türkiyədən qayıtdıqdan sonra “Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək.


Digər xəbərlər

Xəbər xətti