"Neftçi" birini göndərdi, üçünü icarəyə verdi

16:24 8 İyun 2017

"Neftçi"də yarımmüdafiəçi Eltun Yaqublu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Futbolçuya komandadakı xidmətlərinə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

 

Digər 3 futbolçu – Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədov icarəyə veriliblər. Müqaviləyə görə Aqşin və Orxan 1 il, Təyyar isə 6 ay müddətinə "Səbail” klubunun formasını geyinəcəklər.


Digər xəbərlər

Xəbər xətti