"Sonuncu dəfə Bakıda utandırıcı hesabla uduzmuşduq" - Brant - AÇIQLAMA

17:57 8 İyun 2017

Şimali İrlandiya yığmasının müdafiəçisi Kris Brant açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, "Vest Bromviç"də çıxış edən futbolçu millimizlə oyunöncəsi fikirlərini bildirib: 

 

"Azərbaycan bizi indi daha yaxşı tanıyır. Sonuncu dəfə Bakıda utandırıcı nəticə almışdıq. 0:2 hesabı ilə uduzmuşduq. Bu rəqibə qarşı səfərdə diqqətli olmalıyıq. Düzdür, Belfastda asan qələbə əldə etdik. Amma bu oyun çətin keçəcək. Əgər onları müdafiədən çıxmağa imkan verməsək, qalib gələ bilərik. Amma düşünürəm ki, Azərbaycan millisi bizə qarşı xüsusi hazırlaşır, oyunun asan keçəcəyinə inanmıram. Qarşılaşmaya rəqibi məyus etmək üçün çıxacağıq. DÇ-2018-in pley-off mərhələsinə yüksəlmək üçün çalışırıq. Komandamız özünə güvənir".

 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Xəbər xətti