"Qəbələ" 11-ci futbolçunu da göndərdi

18:22 8 İyun 2017

Roman Qriqorçuk daha bir legionerə qapını göstərib.

 

Sportarena.az xəbər verir ki mütəxəssis Azərbaycan təmsilçisinə 2015-ci ilin qışında "Malmö"dən gələn Rikardinyo ilə əməkdaşlığın davam etdirilməsini istəməyib. Müqaviləsinin müddəti başa çatan braziliyalı arxa xətt oyunçusu bu yay "Qəbələ"ni tərk edən 11-ci futbolçu olub.

 

Qeyd edək ki, "Qəbələ" bundan öncə Daniel Subotiç, Teo Uiks, Rəşad Eyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Rafael Santos, Murad Musayev və David Petrzkeviçlə yolları ayırmışdı.


Digər xəbərlər

Xəbər xətti