Millimiz Çexiyaya yenə uduzdu

00:45 9 İyun 2017

Avstriyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.
 

Sportarena.az xəbər verir ki, Yaşar Vahabzadənin komandası yenə də çexiyalı həmyaşıdları ilə qarşılaşıb.  2 gün əvvəl 0:5 hesabı ilə uduzan yığmamız bu dəfə də meydanı məğlub tərk edib. İlk yarıda Mahir Mədətovun qolu ilə hesabda önə keçən Azərbaycan yığması, sona yaxın buraxdığı qollarla yenilgisi acısı yaşayıb. 

 

Yoxlama oyunu

8 iyun

Azərbaycan U-21 - Çexiya U-21 1:2
Qollar: 
Mahir Mədətov, 21 - Haşek, 84. |Sevçik, 86.


Xəbər xətti