Prosineçkidən "Bursaspor" açıqlaması

11:37 9 İyun 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis Türkiyənin "Bursaspor" klubuna gedəcəyi haqda yayılan iddialarla bağlı danışıb. O, bildirib ki, iyunun 10-da keçiriləcək Şimali İrlandiya ilə matçı düşünür:

 

“Bu xəbərlər yeni deyil. Artıq uzun müddətdi ki, bu barədə danışılır. Mən isə milli komandanın başındayam. Şimali İrlandiya ilə matçı düşünürəm. İlin sonunadək müqaviləm var. Azərbaycan yığması ilə seçmə mərhələyə yaxşı başlamışıq. Mən bura gələndə komanda reytinqdə 132-ci yerdə idi. Hazırda biz 76-cı pillədəyik. Qrupda ikinci olmaq istəyirik. Bütün fikrimi buna yönəltmişəm".


Digər xəbərlər

Xəbər xətti