FİFA Maltanın qələbəsini hesaba almadı - Qaydalar pozulduğuna görə

11:56 9 İyun 2017

Ukrayna - Malta oyunu (0:1) FİFA-nın rəsmi qarşılaşmalar siyahısından çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb oyun zamanı qaydalara əməl edilməməsi olub. Belə ki, oyun zamanı 10 əvəzetmədən istifadə edilib. FİFA-nın qaydalarına görə isə rəsmi oyunlar siyahısına daxil edilən qarşılaşmalar zamanı 6 əvəzetmə reallaşdırmaq mümkündü.

 

Qayda pozuntusunu nəzərə alan FİFA bu oyunu rəsmi qarşılaşmalar siyahısından çıxarıb. Oyunun nəticəsi FİFA-nın reytinq siyahısında da nəzərə alınmayacaq.


Xəbər xətti