Dəniz Yılmaz "Bursaspor"a lazım olmadı - Transferə çıxarılır

12:40 9 İyun 2017

Türkiyənin "Bursaspor" klubu mövsümün gedişində əsas komandadan uzaqlaşdırdığı millimizin üzvü Dəniz Yılmazı satışa çıxaracaq.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "timsahlar" hücumçu üçün elə də böyük məbləğ tələb etmirlər. Amma hazırda heç bir klubun rəsmi olaraq Dənizi heyətinə qatmaqda maraqlı olmadığı da deyilir.

 

29 yaşlı futbolçu "Bursaspor"da 2016-cı ildən çıxış edir. O, Bursa təmsilçisinin heyətində meydana çıxdığı 17 qarşılaşmada 6 qol vurub.


Xəbər xətti